Neyromuskulyar Skolioz

Neyromuskulyar Skoliozlar müxtəlif nevroliji xəstəliklər və ya onurğa beyni zədələnmələri sonrası yaranan skoliozlardır. Neyromuskulyar skoliozlu xəstələrdə aşağı ətraflar gücsüzlük və ya tamami ilə parez müşahidə edilir. Bu xəstələrdə skoliotik deformasiyalar hərəkət məhdudluğu ilə yanaşı oturmada da problemlər yaradır. Bəzi Neyromuskulyar skoliozlu xəstələrdə erkən yaşlarda , yəni 10 yaşa qədər cərrahi əməliyyatların icrasına ehtiyac yaranır. Bu yaşda skoliotik deformasiyani kontrolda saxlamaqla onurğanın boyüməsini təmin etmək və daxili orqanların inkşafını təmin etmək lazımdır. Bu məqsədlə müasir skolioz cərrahiyyəsində onurğanın böyüməsinə imkan verən “Nano Growing Rod” sistəmlərdən istifadə edilir. Bu sistemlər qeyd olunan bütün bu prosesləri təmin edir. Bu sistemlərlə icra edilən aməliyyatların da uğurluluq dərəcəsi 99%-dir.