İdiopatik Skolioz

İdiopatik Skoliozlar Səbəbi bəlli olmayan skoliozlardır. Lakin bu skoliotik deformasiyaların yaranma faktorları olduqca çoxdur. İdiopatik skoliozlar zamanı müasir skolioz cərrahiyyəsinin əsasında müasir implantalogiya metodikaları, müasir implantlar, naviqasion sistemlər və 3D modelləşdirmə dayanır. Müasir implantlar və naviqasion sistemlər əvvəllər müalicəsi imkansız hesab edilən ən ağır deformasiyaların belə cərrahi əməliyyatlarını mümkün etmişdir.

-Müasir implantasiya metodikaları və implantlar sayəsində daha kiçik kəsik və daha kiçik onurğa nahiyyəsinin implantasiyası ilə skolioz korreksiyasının aparılması mümkün olmuşdur. Daha az onurğa nahiyyəsində aparılan implantasiya onurğada əməliyyat sonrası hərəkət məhdudluğunun olmamasını təmin edir. Buna baxmayaraq müasir onurğa cərrahiyyəsində onurğanın hərəkətli nahiyələrində əməliyyat zamanı dinamik rodlardan istifadə edirik. Əməliyyat sonrası bir müddət sonra əksər idman növləri ilə məşğul olmaq mümkündür.

-Eyni zamanda müasir skolioz cərrahiyyəsi zamanı 3D modelleşdirmə geniş istifadə edilir. Bele ki, bu metodika vasitasisi ilə oncədən fəqərələrə qoyulacaq implant olçuləri , fəqərə formaları təyin edilir. Öncədən hazırlanmış olçülər hesabına xəstələrədə implantasiya müddəti 2-3 saata enmiş olur. Xəstələrdə əməliyyat zamanı çox hallarda qan transfuziyasına ehtiyac qalmır.

-Skolioz əməliyyatları zamanı sinir və onurğa beyni zədələnmələri və bu fonda mümkün ola biləcək iflic riskinin qarşısını alma məqsədi ilə müasir skolioz cərrahiyyəsində naviqasion və neyromonitarizasion sistemlərdən istifadə edilir. Bu da iflic riskini 0.1%-in altına endirmiş olur.

İdiopatik skoliozlar daha çox qızlarda müşahidə edilməsi qeyd edilmişdir. Müasir texnologiyaların tətbiqi əməliyyat sonrası qizlarda əməliyyat və doğuşla bağlı problemlər yaratmır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, müasir skolioz cərrahiyyəsi zamanı tətbiq edilən müasir implantoloji metodikalar, müasir implantlar və naviqasion sistemlər əməliyyatların uğurluluq dərəcəsi 99.9%- çatmışdır.