Digər Skoliozlar

Amerikan Skolioz Araşdırma Cəmiyyətinin (SRS) verdiyi məlumata əsasən skoliozların 100-dən çox növü və yarım növü var ki, bunlar arasında idiopatik skoliozlar (87%), konjenental skoliozlar (7%), neyromuskulyar skoliozlar (4%) daha geniş yayılmışdırlar. Digər növ skoliozlar daha az rast gəlinsə də ortopedik praktikada müşahidə edilir. Bu skoliotik deformasiyalara Neyrofibromatozis skoliozlar, qəzalar sonrası fəqərə sınıqları fonunda yaranan skoliozlar, onurğa sütununda icra edilmiş cərrahi əməliyyatlar sonrası yaranan skoliozlar, onurğanın infeksion və digər xarakterli xəstəlikləri, o cümlədən müxtəlif sindromlar fonunda yaranan skoliozlar və s aiddir. Müasir vertobroloji baxışlara əsasən hər skolioz növünün və onların yarımnövlərinin düzgün diaqnostikasının aparılması və doğru əməliyyat tipi və implant növü seçilməsi vacibdir.
Vaxtında və düzgün aparılmış diaqnostika, innovativ implantologiya metodları, doğru seçilmiş əməliyyat tipi və müasir implantlarların tətbiqi ilə icra edilən skolioz əməliyyatların uğurluluq dərəcəsi 99%-dir.