Konjenental Skolioz

Konjenental Skoliozlar anadangəlmə fəqərələrin formalaşma qüsurları (pazvari fəqərələr, kəpənəyəbənzər fəqərələr və s) və fəqərələrin bitişmə qüsurları (bir tərəflə bir neçə fəqərənin bir-biri ilə bitişik olması) fonunda yaranan skoliozlardır. Konjenental skoliozların xüsusiyyətləri bu anomaliyalar fonunda, xüsusi ilə də onurğanın sürətli inkşaf dövründə aqressiv artış göstərmələridir. Adətən irəli yaşlarda 100 dərəcə uzəri belə skoliotik deformasiyalar müşahidə edilə bilir. Bu da yalnız kosmetik deffekt deyil, eyni zamanda daxili orqan problemləri, xüsusən də ürək-ağciyər çatmamazlıqlarına gətirib çıxara bilər. Bu uşaqlarda diaqnostika çox erkən aparılmalı və 1-2 yaşında cərrahi əməliyyat icra edilməlidir. Konjenental Skoliozlar zamanı müasir cərrahi taktika anomaliya olan nahiyənin xaric edilməsi, deffekt yeri donor qrefti ilə əvəzlənməsi və mikroimplantasiyadan ibarətdir. Müasir implantlar və naviqasion sistemlərlə icra edilən bu aməliyyatların ugurluluq dərəcəsi 99% təşkil edir.