KİFOZ

Kifoz, onurğanın önə, yəni irəli doğru normadan artıq əyriliyidir. Normada, onurğanın torakal, yəni döş nahiyəsində kifotik bucaq 20-40° təşkil edir. Yol verilə biləcək maksimum 50° hesab edilir.
Kifozların bir çox növləri vardır ki, bunlar arasında idiopatik kifozlar ( səbəbi bəlli olmadan normal fizioloji kifozun artışı), konjenental kifozlar (müxtəlif anadangəlmə fəqərə qüsurları fonunda yaranan kifotik deformasiyalar), Marfan kifozu (Marfan sindromu zamanı baş verən kifotik deformasiyasi) və Şuerman kifozu ( 2 və daha artıq pazvari fəqərə, Şmorl yırtıqları və s. əlamətlər zamanı müşahidə olunan kifotik deformasiya) daha geniş yayılmışdırlar.
Kifoz yalnız gənc uşaqlarda deyil yaşlılarda da təhlükəli bir xəstəlikdir. Kifotik deformasiyalar, növündən və dərəcəsindən asılı olaraq həyat üçün təhlükəli ola bilər. Daha çox rast gəlinən ağırlaşmalar ürək-ağciyər çatmamazlığıdır.
Kifozlar zamanı cərrahi əməliyyatlara göstəriş kifotik bucağın 50° üzərində olması, onurğanın dik saxlana bilməməsi və bu zaman baş verən ağrılar və yorğunluq, təngənəfəslik, kifotik deformasiya fonunda həyat keyfiyyətinin aşağı düşməsi və kosmetik görüntülər hesab edilir.
Innovativ implantologiya metodları, müasir implantlar və naviqasion sistemlərin tətbiqi ilə, kifotik deformasiyalar zamanı cərrahi əməliyyatların uğurluluq dərəcəsi 99%-ə çatmışdır.